EventsTəqdimat

“Kəklikotu” filminin möhtəşəm qala-gecəsi keçirilib

Dekabrın 22-i Elektra Hall-da Cinemazadeh və “CinemaPlus” kinoteatrın birgə istehsalı olan “Kəkliotu” sərgüzəştli komediyasının möhtəşəm qala-gecəsi keçirilib.

Filmin premyerası çox böyük marağa səbəb olub, çünki, ilk dəfə idi ki, filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor çəkilib. Yaradıcı kollektiv “Kəkliotu” yazısı olan bahalı xarici avtomobildə girişə yaxınlaşmışdılar, qırmızı xalça üzərindən keçən aktyorlar dərhal KİV nümayəndələrinin “ağuşuna düşürdülər”, aktiv sualları cavablandırır, şəkil çəkdirir, pərəstişkarları ilə selfi edirdilər.

Sonda zal filmin yaradıcı kollektivini ayaq üstə salamlamışdılar, alqışlar uğurlu işin bariz nümunəsi olmuşdur.

Filmin baş prodüseri  Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynallı, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir. Layihənin baş koordinatoru “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadədir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Tədbirin təşkilində dəstək olmuşdular: “CinemaPlus” kinoteatrı, Cinema Distribution, Cinemazadeh studiyası,  ATV, 106.6 FM, Baku.ws, Oxu.az, Artishok event-şirkəti, Hell Energy, Hillside premium çaxırları və TNT.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

http://https://www.youtube.com/watch?v=mMoK5PIPUn4&feature=youtu.be

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!