K vitamini çatışmazlığı nəyə səbəb olur?

Filloxinonlar, yəni K vitamini qrupu yağda həll olan yeddi vitamindən təşkil olunub. Bunlardan K1 və K2 daha böyük əhəmiyyətə malikdir.
K1 vitamini bitkilər vastəsilə sintez olunur və əsasən yarpaq hissədə çoxluq təşkil edir.

Məsələn, ispanaq, gicitkən, quşəppəyi (çobançantası), yonca yarpaqları və dəniz kələminin hər 100 qramında 50-800 mkq K1 vitamini var. Yaşıl pomidor, itburnu meyvələri, gül kələmi və qarabaş kələm, yulaf, çovdar və buğda da K vitamini ilə zəngindir.

K2 vitamini nazik bağırsaqlarda yaşayan və bağırsağın normal mikroflorasını təşkil edən saprofit bakteriyalar və qaraciyər hüceyrələri tərəfindən sintez olunur. Ona heyvanların bütün orqanlarında rast gəlinsə də, qaraciyər və yumurta həmin vitaminlə daha zəngindir.

K vitamininə sutkalıq tələbat, yəni onun çatışmazlığının qarşısını almaq üçün gərəkli olan norma hər kiloqram çəkiyə 1 mkq-dır. Məsələn, çəkisi 60 kq olan orqanizmin sutkalıq tələbatı 60 mkq-a bərabərdir. Onun çatışmazlığı nadir hallarda baş verir, daha çox yenidoğulmuşlarda rast gəlinir. Yeni doğulan körpənin K vitamininə tələbatı sutkada 4-5 mkq olsa da, o nə ana südündə kifayət qədər olmur, nə də formalaşmaqda olan bağırsaq mikroflorası tərəfindən sintez olunmur.

HİPOVİTAMİNOZ ƏLAMƏTLƏRİ
K qrupu vitaminlərinin çatışmazlığı orqanizmdə hemorragik sindromum inkişafına səbəb olur. Yenidoğulmuşlarda özünü burun, ağız boşluğu, göbək və sidik yollarından qanaxma ilə göstərir. Bəzən qanlı qusma, bağırsaqdan qanaxma, duru, qətranabənzər nəcis və dərialtı qansızmalar da müşahidə olunur.

Böyüklərdə əlamətlər vitamin çatışmazlığının ağırlıq dərəcəsi ilə əlaqədardır və özünü dəriiçi və dərialtı qansızmalar, dişətin, mədə-bağırsaq və burundan qanaxma ilə göstərir.

K vitamini çatışmazlığının erkən əlaməti qanda protrombin səviyyəsinin azalmasıdır. Protrombin indeksinin 35 faizə enməsi (normada78-142 faiz) travmalar zamanı qanaxma riskini artırır, 20 faizə düşməsi isə ağır qanaxmalara səbəb olur.

SƏBƏBLƏRİ
– öddaşı xəstəliyi
– infeksion və toksiki hepatitlər
– qaraciyər sirrozu
– mədəaltı vəzin iltihabi və şiş xəstəlikləri zamanı öd ifrazının və yağların həzminin pozulması
– uzunmüddətli antibiotik qəbulunun bağırsaq mikroflorasını pozması
– antikoaqulyant dərman preparatlarının qəbulu
– bədxassəli şişlərdə aparılan kimyəvi dərman müalicəsi
– antibiotikoterapiya və qıcolma əleyhinə müalicə
– xroniki bağırsaq pozulmaları və ishallar
– böyük miqdarda kalsium və ya E vitaminin qəbulu da hipovitaminoza səbəb olur.

RESEPTLƏR
• 100 qram vələmir üzərinə 1,5 litr soyuq su əlavə olunur, ocağın üstündə 5 dəqiqə qaynayandan sonra alınan bişirmə soyuyandan sonra süzülür və 2 gün içilir.

• 2 filtr-bağlama Profemin çayı 1 stəkan qaynar suda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.

• Gündə 2 dəfə 1 çay qaşığı Fitooil Küncüt yağı qəbul edilir. Bu yağ kalsiumla zəngin olduğu üçün qanın laxtalanmasını və trombositlərin aqreqasiyasını sürətləndirir.

• 1 çay qaşığı dəniz kələmi 1/3 stəkan qatıqla qarışdırılaraq gündə 1 dəfə yeyilir.

Herba Flora. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: