Bizim Aşpaz

Kakaolu maffin

Hər zaman olduğu kimi bu dəfə də Emin ustanın hazırladığı kakaolu maffinlərin reseptini təqdim edirik. Maffinləri hazırlamaq üçün aşağıdakı ərzaqlar lazım olacaq.

Tərkibi:
Yumurta – 3 ədəd
Seker – 300qr
Sud – 200qr
Duru yağ – 100qr
Fındıq – 100qr
Kakao – 60qr
Un – 500qr
Kabartma tozu – 1ədəd
Vanil – 1ədəd

Hazırlanması:

Bir qabda yumurta və şəkəri çırpırıq, ardınca sıra ilə süd, duru yağ əlavə edib qarışdırılır. Üzərinə un ,vanil, qabartma tozu və xırdalanmış fındıq əlavə edib qarışdırılır. Hazırlanmış xəmiri yağlanmış maffin qablarına əlavə etmək lazımdır. Sonda üzərinə xırda doğranmış fındıq əlavə edilərək 180 dərəcədə 25 dəqiqə bişirilir. Nuş olsun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!