Cinema

Kamran Ağabalayev tarixi türk filmində

89922_4cjgl2khyc

Məşhur aktyorumuz Kamran Ağabalayev tarixi türk filmində çəkiliş üçün təklif alıb. Bu dəfə aktyorumuz “Atcali Kel Mehmet” adlı tarixi filmdə baş rollardan birini canlandıracaqdır.

Film Türk Mədəniyyət Nazirliyi, TRT1 kanalı və “Güler film” şirkətinin dəstəyi ilə çəkiləcəkdir.

Filmdə baş rolları Gökan Kecer, Şeyma Burcu Gül, Cemal Unal, Mehmet Polad və digər məşhur türk ulduzları bölüşür.

Çəkilişlər Sentyabr ayından start götürəcəkdir.

Frame.az olaraq aktyorumuza uğurlar arzu edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!