Events

Kanada animasiya filmi “CinemaPlus” da peşəkar Azərbaycan dublyajında nümayiş olunur.

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Cirtdanlar” Kanada animasiya filminin  nümayişi baş tutub.

Dublyaj redaktoru Vüqar Hüseynov,rejissoru Rövşən Məmmədli, səs rejisoru Orxan Həsənli və Azad Vəliyev , tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Filmi səsləndiriblər: Oksana Rəsulova, Əlixan Rəcəbov, Valeh Kərimov, Rövşən Məmmədli, Kamran Ağabalayev, Həlimə Axundzadə, Xumar Quluzadə, Xətai Əli, Səid Nizami, Ülfət Bəşir, Sevda Bıyık.

Ailəvi komediya cizgi filminin rejissorları Peter Lepeniotis və Shelly Shenoy.

Film haqqında qısa məlumat: Qədim evə köçərkən heç kim bu böyük evin özündə “kiçik” sirrlər gizlədiyini ağlına belə gətirə bilməzdi. Burada əsrlər boyunca yaşamış bağ qnomları dünyamızı zülümkar troqqlardan qorumuşlar. İnsanların isə başqa seçimi yoxdur – onlar bu böyük savaşa qoşulmalıdırlar…

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!