FinansIqtisadiyyatPR-TanıtımTəqdimat

Kapital Bank hədiyyə kartlarını təqdim edir

Kapital Bank müştərilər üçün yeni “Kapital Gift” adlı hədiyyə kartlarını təqdim edir. Adsız olan yeni kartları əldə edən müştərilər onu hədiyyə qismində yaxınlarına verə bilərlər. Kartlar vasitəsilə Kapital Bank-ın POS terminallarında əməliyyat etmək və ya Kapital Bank bankomatlarından vəsait nağdlaşdırmaq mümkündür.

İstifadə müddəti 1 il olan kartlar 50 AZN və 100 AZN dəyərində olmaqla, müvafiq olaraq 51 manat və 102 manat məbləğə təklif olunur. Bu kartları Kapital Bank-ın Mərkəz, Yasamal, Səbail və Gənclik Mall filiallarında əldə etmək olar. Yaxın gələcəkdə bu kartlar bankın digər filiallarında da, əlavə olaraq 200 AZN və 500 AZN nominalında olanlarla birgə müştərilərə təklif olunacaq.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyonayaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 700-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!