Kapital Bank Milli KSM mükafatına layiq görülüb

Kapital Bank Azərbaycanda ilk dəfə keçirilən Milli KSM – 2018 mükafatı çərçivəsində mükafata layiq görülüb. “Yaşlıların cəmiyyətə inteqrasiya üzrə ilin layihəsi” nominasiyasının qalibi “Yaşa” təqaüdçülər mərkəzi olub. Tədbir bir sıra dövlət və özəl qurumlarının təşkilatçılığı ilə keçirilib.

“Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzin hazırda 800-dən artıq aktiv üzvü vardır. Hər gün keçirilən müxtəlif təlimlərdə 40-50 nəfər iştirak edir.

Qeyd edək ki, mərkəz Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində,Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: