“Kapital Bank”dan sahibkarlar üçün endirimli kampaniya

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni aksiyalar həyata keçirir. Bu dəfə kiçik və orta sahibkarlar üçün əlverişli şərtlərlə bank xidmətləri təklif olunur.

Fevralın 28-dək “Kapital Bank”ın filiallarına müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçiriləcək. Aksiya çərçivəsində bir sıra xidmətlərə endirimlər təqdim edilir. Üstəlik filiala müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğindəhədiyyə kuponu veriləcək.

Qeyd edək ki, “Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər “Kapital Bank”ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: