KARAMELLI KEKS

Tərkibi:

3 ədəd yumurta

1 st. şəkər tozu

200 q ərinmiş kərə yağı

1 st süd
1 x.q. kakao
1 x.q. kofe
1 ədəd qabartma tozu
2 st. un
Vanil

Kremi üçün:
2 st. süd
4 x.q. şəkər tozu
1 x.q. düyü unu
1 x.q. nişasta
Vanil

Karameli üçün:
1 armudu st. şəkər tozu
2 x.q. su

Üzəri üçün:
Qoz

Hazırlanması:

Öncə yumurta və şəkər tozunu mikserlə çalırıq. Sonra əridilmiş kərə yağını və südü əlavə edib yenə mikserlə çalırıq.
Ən sonda kakao, kofe, vanil, qabartma tozu və unu əlavə edib mikserlə çalırıq. Yağlanmış listə alınan qarışığı tökürük və 170 dərəcəlik sobada bişririk.

Kremi hazırlamaqdan ötrü ərzaqları qaba tökürük və vam xodda bişiririk. Sobadan çıxmış keksin üzərinə kremi isti-isti tökürük və qozları kremin üzərinə düzürük. Karameli hazırlamaq üçün şəkər tozunun üzərinə suyu əlavə edirik və karamel rəngi olana kimi bişiririk. Onu da qozun üzərindən tökürük.

Karamelli keksimiz hazırdır.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: