Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 26 illiyi ilə bağlı Bakı Kuboku uğrunda onlayn yarış keçirilib

26 iyul 2020-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 26 illiyi ilə bağlı Bakı Kuboku uğrunda onlayn yarış keçirildi.

Onlayn yarışda Respublika üzrə 145 nəfər idmançı iştirak edib. Onlar Kata üzrə öz bilik və bacarıqlarını nümayiş etdirib. Pandemiya dövründə evdə qalıb, məşqdən qalmayan uğurlu idmançılarımız bu yarışda da yüksək nəticələr qazanıb.

BKA -nın prezidenti Vüsal Abdullazadə, Vitse – prezidenti Elçin Məmməldi və Baş hakim Bəşir Mahmudov həmçinin Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndəsi Gündüz Vəliyev çıxış edərək Azərbaycan Respublikasında idman və gənclər siyasətindən, habelə idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Bildirdilər ki, pandemiya dövrünü nəzərə alaraq yarış onlayn keçirilsədə, yaxın zamanlar da şübhəsiz ki, böyük yarışlara imza atacağıq.
Pandemiyanın sınağından çıxmağımıza çox az zaman qalıb. Həmçinin biz inanırıq ki, növbəti yarışımız Qarabağda keçiriləcək.

Vüsal Abdullazadə həmçinin qeyd edib ki, Pandemiya dövründə müxtəlif layihələrlə bizi və idmançılarımızı daim diqqətdə saxlayan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova və digər əməkdaşlara xüsusi təşəkkür edirəm.

Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin xüsusi diplom, medal və kubokları iıə təltif ediləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: