Mobil dünyaTəqdimat

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky-nin məlumatına görə, 2020-ci ildə şəbəkədə skamın (fırıldaqçılıq) həcmi aktiv şəkildə artıb: istifadəçilərin pulunu ələ keçirməyi hədəfləyən fırıldaqçı poçt göndərişləri və onlayn elanlar. Yanvardan noyabra qədər şirkət dünya üzrə təxminən 86 min anoloji resurs aşkarlayıb, onlardan 62,5 mini ilin ikinci yarısında bloklanıb.

Bu il skamerlər (fırıldaqçılar) tərəfindən tətbiq edilən daha populyar sxemlər aşağıdakılardır:

1. müxtəlif sosial ödənişlər, o cümlədən, koronavirus infeksiyası mövzusunda mesajlar (15,6 min bu cür resurs aşkarlanıb);

2. elan lövhələri, çatdırılma xidmətləri və ya yemək sifarişi ilə bağlı təkliflər (8,6 min bu cür sayt tapılıb);

3. guya iri şirkətlər və ya brendlərin adından göndərilən sorğular (6,5 bu cür resurs qeydə alınıb).

Bu cür onlayn fırıldaqçılığın mexanikası praktiki olaraq eynidir: endirim bəhanəsi, sərfəli aksiyalar və ya digər pul mükafatları adı altında fırldaqçılar istifadəçiləri saxta səhifəyə cəlb edirlər. İstifadəçi sorğunun və ya anketin bütün mərhələlərini keçən zaman ondan “müəyyən məbləğdə ödəniş” (təxminən 7 AZN) etməsi istənilir. Amma nəticədə o, heç bir pul almır, “komissiya” fırıldaqçılara gedir.

2020-ci ildə Azərbaycandakı istifadəçilərin skam-səhifələrə keçid cəhdlərinin sayı 87 mini ötüb. “Fırıldaqçıların özlərinin skama marağı artmaqdadır. Səbəblərdən biri odur ki, skam-resurs yaratmaq üçün onlardan heç bir xüsusi bacarıq tələb olunmur, əsas olan inandırıcı hiylə düşünməkdir,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

“Əgər Azərbaycanda skamın səbəb olduğu potensial zərərin məbləğini təsəvvür etsək, bu təxminən 610 min manat civarında olar. Saxta resurslara bizim tərəfimizdən bloklanan keçid cəhdlərinin ən az birində istifadəçi aldadılardısa, fırıldaqçılar çoxlu miqdarda pul əldə edə bilərdilər.”

Kaspersky təhlükəsizliyin əsas qaydalarını xatırladır:

1. elektron məktublardakı və messencer ismarışlarındakı şübhəli linklərə keçid etməyin;

2. unutmayın, əgər təklif olduqca cəlbedicidirsə, onda o, böyük ehtimal ki, saxtadır;

3. əgər bu və ya digər aksiya haqqında məlumat alıb iştirak etmək istəsəniz, onda həmin şirkət və ya brendin onu öz rəsmi saytında və ya rəsmi sosial şəbəkə hesablarında paylaşıb, həqiqətəndə keçirdiyini dəqiqləşdirin;

4. cihazınıza Kaspersky Total Security kimi aktual fişinq saytı, skam və spam bazasına malik etibarlı qoruyucu həllər quraşdırın.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!