Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

Kaspersky 2020-ci ildə davamlı inkişaf göstərib və beynəlxalq maliyyə hesabatlılığı standartları (BMHS) üzrə qlobal yoxlanılmamış gəlirlərini 3% artıraraq 704 milyon dollara çatdırıb*.

Pandemiya ilində şirkət müsbət nəticələr göstərib, istifadəçilərin məxfiliyini qoruyub və şirkətlərə rəqəmsallaşma kontekstində kiber təhdidlərlə üzləşmə riskini azaltmağa kömək edib. MDB məkanı üzrə** şirkətin satışları 15% artıb.

Kaspersky dünyadakı müştərilərini qorumaq üçün sənayedə lider məhsul və xidmətlər təqdim etməyə davam edir və həm B2B (13% artım ***), həm də B2C (4% artım * **) səviyyələrində əhəmiyyətli uğurlar əldə edib. 2020-ci ildəki satış nəticələri şirkət tarixindəki ən yaxşı nəticələrdən biri hesab olunur.

B2B sektorundakı müvəffəqiyyət, böyük biznes seqmentindəki (+ 23% **) və “non-endpoint” kimi tanınan ən mürəkkəb kiber təhdidlərdən qoruyan yeni perspektivli həllər və texnologiyalar seqmentindəki davamlı böyümədən qaynaqlanır (+ 27% ***). Şirkət Kaspersky Managed Detection and Response də daxil olmaqla, artan təhdidlərə qarşı avtomatlaşdırılmış təhlükəsizlik sistemlərindən yan keçə bilən, günboyu genişləndirilmiş qoruma təmin edən korporativ həllər təqdim edib və B2B sektorundakı onlayn satışlarda 10% artım əldə edib. Bundan əlavə, MDB məkanında Kaspersky Industrial CyberSecurity və Kaspersky Fraud Prevention həllərinin, eləcə də ixtisaslaşmış Kaspersky xidmətlərinin satışı əhəmiyyətli dərəcədə artıb.

Kiçik və orta sahibkarlıq seqmentində şirkət 3% artım göstərib***. Aprel ayında Kaspersky kiçik təşkilatlara dəstək təşəbbüsünə başlayıb və bir neçə ay ərzində onlara pulsuz qoruma təmin edib. 2020-ci ilin yazında məhdud sayda informasiya təhlükəsizliyi mütəxəssisi olan təşkilatlar üçün xüsusi olaraq hazırlanmış Biznes üçün Kaspersky EDR Optimal həllini istifadəyə verib.

Rəqəmsallaşmanın sürətlənməsi və karantin dövründə pərakəndə satış məntəqələrinin bağlanması, gözlənildiyi kimi B2C sektorunda paket versiyaların satışının 13% azalmasına səbəb olub ***, rəqəmsallar isə əksinə, 8 % artıb***. Rəqəmsal satışların payı 50% -dən çox olub, ümumilikdə B2C seqmentində isə 4% qeydə alınib**.

“2020-ci ildə dünya hər zamankından daha da rəqəmsallaşdı və nəticədə kiber risklərə qarşı daha həssas oldu. İnsanların texnologiyanın təqdim etdiyi sonsuz fürsətlərdən etibarlı şəkildə istifadə etmələrinə kömək etmək üçün, yeni reallığa uyğunlaşmağımız lazım idi. Şirkət əsas iş sektorlarında əla nəticələr əldə etdi və bu da, qeyri-sabit dövrlərdə insanların daha etibarlı hiss etmək istəyində olduqlarını təsdiqlədi” – deyə Kaspersky-nin Baş Maliyyə Direktoru Yelena Milinova bildirib.

2020-ci ildə şirkətin məhsulları ardıcıl olaraq səkkiz il ərzində rəqiblərindən daha çox TOP-3-də yer alıb. 62 müstəqil test və icmalın nəticələrinə görə, 45 dəfə birinci yer daxil olmaqla, 50 dəfə ilk üçlükdə yer alıblar. AV-Comparatives müstəqil laboratoriyası Kaspersky-nin ev istifadəçilərini qorumaq üçün flaqman olan Kaspersky Internet Security həllini altıncı dəfə ilin məhsulu adlandırıb.

Şirkətin qlobal uğuru əksər bölgələrdə müsbət nəticələrlə müşayiət olunub. Belə ki, Latın Amerikasında satışlar 15%***, Yaxın Şərq, Türkiyə və Afrikada (META bölgəsi) 14%***, Avropada 6%*** artıb. Asiya-Pasifik və Şimali Amerikada şirkət keçən ilki nəticələrini qoruyub saxlayıb.

“Texnologiyalarımıza etibar edən və şəxsi və korporativ məlumatların qorunması üçün onları seçən istifadəçilərə və tərəfdaşlara minnətdarıq. MDB məkanında davamlı inkişaf göstərməyə və portfelimizi genişləndirməyə, yeni texnologiyalar, məhsullar və xidmətlər hazırlamağa davam edirik. Pandemiya ilində onlayn satış istiqamətimizi gücləndirdik və bu öz nəticəsini verdi. Bundan əlavə, kompüter insidentlərinin araşdırılması və rəqəmsal savadlılığın artırılması üçün xidmətlər daxil olmaqla, ixtisaslaşmış xidmətlərimizin və kritik infrastrukturun qorunması üçün həllərin satışı davamlı bir artım göstərir” – deyə Kaspersky-nin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə icraçı direktoru Mixail Priboçiy bildirib.

Kaspersky 2020-ci ildə İnformasiya Şəffaflığına dair Qlobal Təşəbbüs çərçivəsində bir sıra addımlar atıb. Şirkət məlumatların emalı və saxlanması proseslərinin İsveçrəyə köçürülməsini başa çatdırıb. Artıq Avropa, Amerika, Kanada və bəzi Asiya istifadəçilərinin könüllü razılıqları ilə alınan məlumatları bulud mərkəzli Kaspersky Security Network tərəfindən Sürixdəki iki məlumat mərkəzində emal edilir.

Bundan əlavə, şirkət CyberNB Assosiasiyası ilə birgə Kanadanın Nyu Brunsvik şəhərində Şimali Amerika Şəffaflıq Mərkəzinin açdığını elan edib və özəl və dövlət şirkətlərinin işçilərinə, həmçinin akademik təşkilatlara İT təhlükəsizliyini qiymətləndirmə bacarıqlarını qazanmaq imkanı verən Cyber Capacity Building Program təlim proqramını işə salıb. Bu təşəbbüs haqqında daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

Bütün artım templəri xarici valyuta məzənnələrindəki dəyişikliklər nəzərə alınmadan təqdim olunur.
* Rəqəmlər yuvarlaqlaşdırılıb: 2.8% artım, 703.9 milyon ABŞ dolları gəlir. Burada və bundan sonra, 2019-cu il ilə müqayisədə artım.
** Bölgədəki ölkələrin tam siyahısı: Ermənistan, Azərbaycan, Belarusiya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Monqolustan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan.
*** Söhbət gəlirdən deyil, satış həcmindən (xalis satış sifarişi) gedir. Məlumat 2020-ci il üçün sabit valyuta kurslarında təqdim olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: