EventsMobil dünyaTəqdimat

Kaspersky neyron şəbəkəsinin köməyi ilə gələcəyə dair sualları cavablandıran platformasını istifadəyə verib

Kaspersky “uçan maşınlar adi maşınları nə vaxt əvəz edəcək?” və ya “2050-ci ildə 3D printerin köməyilə nə çap etmək mümkün olacaq?” kimi gələcəyə aid bəşəriyyəti maraqlandıran suallara cavab verən Safer Tomorrow adlı platformasını istifadəyə verib.

Platforma Instinct BBDO kreativ agentliyi tərəfindən hazırlanmış neyron şəbəkəsinin nəzarəti altında çalışır. Gələcək üçün proqnozlar,Yeni Zelandiyanın şərq sahilində quraşdırılmış bir lövhədə 25 fevral tarixinədəkfasiləsiz nümayiş etdiriləcək. Nəzərinizə çatdıraq ki, lövhənin quraşdırıldığı bu məkan yeni günün ilk başladığı yerlərdən biridir.

Xüsusi olaraq Safer Tomorrow platforması üçün yaradılmış neyron şəbəkəsi ən yeni memarlıq və maşın öyrənməsi üsullarından istifadə edir. Sorğuların təhlili və proqnozların verilməsi alqoritminə yüz minlərlə mənbədən, o cümlədən, populyar elmi kitablar və jurnallardan, ixtisaslaşdırılmış mediadan və bloqlardan alınan məlumatlar əsasında təlim keçirilib. Eyni zamanda Kaspersky-nin dünyanın bütün nöqtələrində yerləşən futuroloqların, alimlərin və internet istifadəçilərinin gələcək və onun kiber təhlükəsizliyini necə görmələri barədə interaktiv layihəsi olan Earth-2050-nin (Yer Kürəsi 2050) məlumatlarından da istifadə edilib.

“İnsanlar gələcəyə nəzər salmağa və onun necə olacağını anlamağa çalışırlar. Kaspersky olaraq biz texnologiyanın sonsuz imkanlar açacağına inanırıq və onların təhükəsizliyini indidən təmin etməyə çalışırıq. Maraqlı olan hər kəsin dünyanın necə dəyişəcəyini öyrənə bilməsi və gələcəyə daha inamla baxa bilməsi üçün Safer Tomorrow platformasını yaratdıq,” deyə Kaspersky-nin Strateji Marketinq Şöbəsinin rəhbəri Oleq Qudilin bildirib.

Lövhə Yeni Zelandiyada, Vayrarap sahillərindəki mayakın yanında quraşdırılıb. Onun yerini bu xəritədən görmək olar. Diod işıqlı ekranda gün boyunca qısa proqnozlar nümayiş etdiriləcək. Arasıkəsilməz yayımı izləmək, həmçinin gələcək barədə suallarınızı vermək üçün buraya daxil ola bilərsiniz: www.safertomorrow.online.

Yenidən emal olunan materiallardan hazırlanmış lövhə 25 fevral tarixindən sonra söküləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!