Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Bu yaxınlarda Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bank kartı sahiblərinə yönəlmiş fırıldaq faktlarının aşkarlanması ilə əlaqədar vətəndaşlara müraciət edib.

Belə ki, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək bankın müştərilərinə zəng edir və bank kartının şifrəsinibildirmələrini istəyirlər (bank işçiləri heç vaxt belə bir məlumat istəmir). Bu cür hadisələrin birində kartın sahibi gələn zəngi dəqiqləşdirmədən şəxsi məlumatlarını tanımadığı adama təqdim edib. Nəticədə onun hesabından böyük məbləğdə vəsait xarici bir bank hesabına köçürülüb.

Telefon fırıldaqçıları potensial qurban barədə lazımi məlumatları əvvəlcədən toplayır və aktiv şəkildə sosial mühəndislik üsullarından istifadə edirlər. Məsələn, onlar zəng zamanı zəng etdikləri adamın ad, soyad və ata adını dəqiqliklə deyə bilərlər. Təcavüzkarlar kredit təklifi zamanı şifrə, bank kartının nömrəsi, pin kod, CVV kod təsdiqi kimi “əfsanələrdən” istifadə edə və ya sadəcə bank kartının bloklanması barədə məlumat verə bilərlər.

“Yad nömrələrdən, xüsusilə özünü bank əməkdaşı kimi təqdim edən şəxslərdən gələn zənglərə ehtiyatla yanaşmağın vaciblyini xatırlatmaq istəyirik. Hər zaman yadda saxlamaq lazımdır ki, əsl bank işçisi heç bir halda sizdən kod və şifrə istəməz. Fəal olmağa və ən kiçik şübhə yarandıqda zəngi yarıda saxlamağa çəkinməyin. Zəngin bankdan gəlib-gəlmədiyini yoxlamaq üçün kartın əks tərəfində göstərilən nömrəyə həmişə özünüz birbaşa zəng edə bilərsiniz”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky telefon dələduzları ilə mübarizə üçün əsas təhlükəsizlik qaydaları ilə böluşür:

özünü bank əməkdaşı kimi təqdim edən istənilən şəxslərdən gələn zənglərə ehtiyatla yanaşın;

SMS və ya messencer ismarışlarındakı şübhəli linklərə keçid etməyin;

CVV kod və birdəfəlik SMS və ya push bildirişlərdəki kodları heç bir halda bildirməyin;

şübhə yarandığı an dəstəyi asın və kartın əks tərəfində göstərilən nömrə üzərindən birbaşa bankın özü ilə əlaqə saxlayın;

ev istifadəçilərinə fişinq ismarışları və saytlarını tanımaq funksiyasına malik Kaspersky Internet Security qoruma həllini quraşdırın, şirkətlərə isə əməkdaşların rəqəmsalsavadlılığını, məsələn, Kaspersky Automated Security Awareness Platform platformasının köməyilə artırmağı tövsiyə edirik.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: