Kaspersky: Hər iki istifadəçidən biri bildiriş gələn zaman cihazın yenilənməsini təxirə salır

Hər iki istifadəçidən biri cihazı yeniləmək üçün kompyuteri yenidən yükləməyin zəruriliyi barədə bildirişi görən zaman “Daha sonra xatırlat” düyməsini sıxır. Bu məlumatlar Kaspersky-nin insanların cihazlarda olan yeniləmələrə münasibətini və bu proseslərlə əlaqəli vərdişlərini araşdıran yeni bir qlobal sorğusunun nəticələridir*.

Daha sonra xatırlatma seçənlərin əhəmiyyətli bir hissəsi (41%) adətən cihazı günün sonunda, 19%-i bir neçə gün ərzində, 18%-i isə bir neçə saat ərzində yeniləyir. Hər onuncu (11%) istifadəçi ən az bir dəfə yeniləmə prosesini bir neçə ay müddətinə təxirə salır.

İş cihazı yenilənərkən 44% istifadəçi işinə fasilə verir, 20% isə oflayn olaraq həll edilə bilən tapşırıqları yerinə yetirir (məsələn, zənglər edir). Şəxsi cihazları yeniləyərkən istifadəçilərin 31%-i televizora baxır və ya kitab oxuyur, 18%-i yemək bişirir, 9%-i isə idman edir və ya gəzintiyə çıxır.

Cihazı müvəqqəti olaraq istifadə edə bilməməsinə baxmayaraq, etdikləri işlərdən yayınmaq istəməyənlər də var. Təxminən hər dördüncü istifadəçi başladığı işi davam etdirmək üçün başqa bir cihaz götürür: 27%-i bunu onun iş cihazı yenilənərkən, 23%-i isə şəxsi cihazı bu porsesdən keçərkən edir.

“Yüksək səviyyədə təhlükəsizlik təmin etmək və yeni xüsusiyyətlərə çıxış əldə etmək üçün proqram təminatının yenilənməsi olduqca vacibdir. Satıcılar təcavüzkarlar tərəfindən istifadə edilə biləcək zəifliklərin aşkarlanması və düzəldilməsi də daxil olmaqla, daim məhsullarını təkmilləşdirməyə çalışırlar. Bu səbəbdən də bu prosesi təxirə salmamağı, effektiv qorunma üçün yeniləmələri vaxtında quraşdırmağı tövsiyə edirik”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

*Sorğu 2021-ci ilin aprelində Savanta şirkəti tərəfindən dünya üzrə 15 min istifadəçi arasında keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: