EventsMobil dünyaTəqdimat

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

Forrester Analitik Agentliyi Kaspersky–ni kiber təhdidlər barədə operartiv məlumatlandırma üzrə lider (Leader) elan edib. “The Forrester Wave™: External Threat Intelligence Services Q1, 2021” analitik hesabatının nəticələri bunu deməyə əsas verir.

Kaspersky-nin apardığı bir araşdırmaya görə*, dünyadakı iri şirkətlərin 41%, kiçik şirkətlərin isə 39%-i hadisədən sonra aktual kiber təhdid məlumatlarından istifadə etməyin lazım olduğunu anlayır.

Forrester-in analitik hesabatı Threat Intelligence (Təhdid Kəşfiyyatı) xidmətləri bazarına ümumi bir baxış ehtiva edir və bu xidmətləri üzrə on iki təminatçı şirkəti qiymətləndirir. Təhlilin nəticələrinə əsasən, Kaspersky kiber təhdidlər barədə operativ məlumatlandırma xidmətlərinin keyiyyətinə görə lider statusu alan üç şirkətdən biridir.

Forrester satıcıların təkliflərini bir sıra meyarlar üzrə qiymətləndirir. Kaspersky həlli Cyber ​​Threat Intelligence (Kiber Kəşfiyyat) və Innovation Roadmap (İnnovativ Yol Xəritəsi) də daxil olmaqla bir neçə kateqoriyada yüksək qiymətlər alıb. Forrester həmçinin Kaspersky xidmətlərinin mürəkkəb hədəf hücumlarını və kiber cinayətkarları izləmək imkanlarını da yüksək qiymətləndirib.

Forrester analitikləri təqdim olunan məlumatların keyfiyyəti və onun təqdim olunması üçün müştəri tələbləri ilə birbaşa iş baxımından Kaspersky-nin sənayedəki liderliyini xüsusi olaraq qeyd edib: “Sorğuda iştirak edən müştərilərhəm Kaspersky-dən əldə edilən məlumatların keyfiyyətindən, həm də onların sonrakı istifadəsinin effektivliyinin qiymətləndirilməsi və əldə edilən nəticələrdən razı olduğunu bildiriblər.”

Forrester qiymətləndirməsinə görə, Kaspersky Threat Intelligence istənilən ölçüdə biznesə uyğun gəlir.

“Dünyanın hər yerindən topladığımız petabaytlarla ölçülən təhdid məlumatları, qabaqcıl maşın öyrənmə texnologiyaları və unikal mütəxəssis qrupu sayəsində müştərilərimizə əvvəllər bilinməyən kiber hücum növləri ilə mübarizə aparmağa kömək edirik,” – deyə Kaspersky-nin Təhdid Araşdırmaları Departamentinin Direktoru Anton İvanov bildirib. “Müstəqil analitiklər tərəfindən qiymətləndirilməyimiz və müştərilərimizdən gələn müsbət rəylərləqürur duyuruq.”

Kaspersky Threat Intelligencexidmətləri Kaspersky-nin korporativ təhlükəsizliyə yeni mərhələli yanaşması olan  Kaspersky Expert Security –nin yüksək səviyyəsinin bir hissəsi kimi təqdim edilir. O, korporasiyalar və sənaye müəssisələri üçün nəzərdə tutulub və Kaspersky həlləri əsasında təhlükəsizlik ekosistemi yaratmağa imkan verir. Bu səviyyənin mərkəzi elementi  Kaspersky Unified Monitoring and Analysis Platform SIEM sistemi –dir. Onda həmçinin Kaspersky Anti Targeted Attack və Kaspersky EDR şəbəkəsi səviyyəsində inkişaf etmiş təhdidlərin aşkar edilməsi üçün bir platforma da təqdim edilir. Kaspersky Anti Targeted Attack və Kaspersky EDR – məlumat təhlükəsizliyi mütəxəssislərinə iş yerləri və serverlərin infrastrukturundakı hadisələrin tam mənzərəsini təqdim edən və onların mürəkkəb təhdidlər və APT hücumlarından effektiv qorunmasını təmin edən güclü bir informasiya təhlükəsizliyi sistemidir.

Forrester Wave™: External Threat Intelligence Services Q1, 2021 hesabatının tam versiyasını buradan görə bilərsiniz.

*”Biznesin informasiya təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2020-ci ilin iyun ayında aparılıb. Burada 31 ölkədən 5266 İT mütəxəssisi iştirak edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!