Mobil dünyaTəqdimat

“Kaspersky Lab”: Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

“Kaspersky Lab”ın məlumatına* əsasən, Azərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır. Bu göstərici, demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin “Kaspersky Lab”ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda “Android” istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.

2018-ci ilin birinci yarısında “Android” platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyi o qədər çoxalıb ki, onlara qarşı keyfiyyətli müdafiə həm vacib, həm də mühüm əhəmiyyət kəsb edir. Smartfon və kompüterlərimizdə dəyərli kontaktlar, əziz xatirələr qorunur, internet-brauzerlər bizim parol və bank kartlarımızın məlumatını yaddaşda saxlayırlar. Biz avadanlıqlarımıza həddindən çox etibar edirik ki, onları əsassız risklərə məruz buraxaq”, – deyə “Kaspersky Lab”ın Azərbaycanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib.

“Kaspersky Internet Security” etibarlı kompleks həlli istənilən kibertəhlükənin öhdəsindən gəlməyə kömək edəcək. Bu məhsul bütün növ zərərli proqramları və cinayətkarların taktiki hiylələrini müəyyən edir və bloklayır, daxilində mövcud olan xüsusi modullar isə daha vacib məlumatı müdafiə etməyə imkan verir. Məsələn, “Təhlükəsiz ödənişlər” komponenti vasitəsilə heç bir şeydən qorxmadan internetdə tranzaksiyalar həyata keçirmək, təhlükəsiz alış-veriş etmək və hesablar arasında pul köçürmələrini etmək mümkündür. “Antifişinq” sistemi isə fırıldaqçı təkliflərdən və saxta veb-səhifələrdən sizi xilas etməyə zəmanət verir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!