Kaspersky-nin tərəfdaşlıq proqramı ardıcıl iki il Canalys reytinqinə başçılıq edir

Beynəlxalq analitika şirkət Canalys ardıcıl ikinci ildir ki,  Kaspersky-ni tərəfdaş məmnuniyyəti baxımından ən yaxşı təhlükəsizlik həlləri istehsalçısı elan edir. Canalys Worldwide Vendor Benchmark-da şirkət 87,8 faizlə ən yüksək nəticəni göstərib.

Canalys dünyaca məşhur bir müstəqil analitika şirkətdir. Canalys Worldwide Vendor Benchmark, kiber təhlükəsizlik də daxil olmaqla bir çox sahədəki tərəfdaşlıq proqramlarını onların performanslarının bir sıra əsas göstəriciləri üzrə ölçülməsi yolu ilə müqayisə edir. Kaspersky öz proqramı haqqında tərəfdaş kanallardan 679-dan çox rəy alıb.

Canalys-in qiymətləndirməsinə görə, Kaspersky son 12 ayda ümumi fəaliyyətini təkmilləşdirib və onun tərəfdaşlıq proqramının reytinqi 12% yüksəlib. Ən yüksək bal “Məhsulun Əlverişliliyi və Təchizatı” kateqoriyasında (% 91,9) əldə edilib. Həmçinin “Tərəfdaş hesabının idarə edilməsində effektivlik” (90,1%) və “Biznesin idarə edilməsində rahatlıq” (% 89,4) kateqoriyalarında da yüksək qiymətlər əldə edilib.

Kaspersky tərəfdaşlıq proqramının reytinqində ən çox artım (+ 15.1%) “Kanallarda Münaqişələrin İdarəolunması” kateqoriyasında qeydə alınıb. Əlavə olaraq, son bir ildə şirkətin marketinq fəaliyyətlərinin və yeni müştərilərin cəlb edilməsi üzrə işlərin qiymətləndirilməsi (+ 14,5%), həmçinin tərəfdaş hesablarının idarə edilməsinin effektivliyində (+ 13,8%) yüksək artım müşahidə edilib.

“Ardıcıl ikinci ildir ki, tərəfdaş məmnuniyyəti baxımından bir nömrəli təhlükəsizlik həlli təminatçısı kimi tanınırıq. Bu, son iki ildə Kaspersky United tərəfdaş proqramına qoyduğumuz investisiyaların effektivliyini nümayiş etdirir. Tərəfdaşlarımızın gəlirlərini artırmağa kömək edə biləcək dəstəyə ehtiyac duyduqlarını bilirik və onlara lazım olan alətləri təmin etmək üçün proqramı inkişaf etdirməyə davam edirik. Canalys Worldwide Vendor Benchmark-ın nəticələri tərəfdaşların Kaspersky United-a olan inamını artırır və bu xidmətin yüksək keyfiyyətini təsdiqləyir,” deyə Kaspersky-nin Biznesin İnkişafı üzrə Direktoru Aleksandr Moiseyev bildirib.

Mövcud tərəfdaşlar üçün əlavə üstünlüklərin yaradılması və yeni tərəfdaşların cəlb edilməsi prosesini yaxşılaşdırmaq üçün başladılan Kaspersky United proqramı 2019-cu ilin əvvəlində təqdim edilib. Bu proqram tərəfdaşların daha çox qazanmasına, Kaspersky ilə əməkdaşlıq üçün bonuslar əldə etməsinə, ixtisaslarını artırmasına, öyrənməsinə və marketinq fəaliyyətləri üçün yeni alətlərə sahib olmasına kömək edir.

Kaspersky həm də Canalys-in ən yüksək regional reytinqlərinə daxil edilib. Şirkət Asiya-Sakit Okean regionunda, Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrində Canalys Channel Leadership Matrix  reytinqində 1-ci sırada yer alıb. Bundan əlavə, Canalys EMEA Vendor Benchmark 2020 və Canalys LATAM Vendor Benchmark 2020-nin regional reytinqlərində də lider kimi təsdiqlənib.

Canalys-in hesabatının tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: