Keçmiş “Jumeirah”-ın yeni sahibi bəlli oldu

“Bilgah Beach Hotel”ə kimin sahiblik edəcəyi məlum olub. Hotelin idarəetməsi  “Absheron Hotel Group” şirkətinə verilib. Hotel aprel ayında işə düşəcək. 

Xatırladaq ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən “Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir. Hotel 2016-cı ilədək “Jumeirah” brendi altında  fəaliyyət göstədib.

“Absheron Hotel Group” hazırda 5 oteli idarə edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: