“Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər

Azərbaycan Premyer Liqasının ikinci turuna hazırlığı davam etdirən “Keşlə” futbol klubu yoxlama oyunu çərçivəsində doğma meydanda “Səbail”i qəbul edəcək.

İki paytaxt təmsilçisinin üz-üzə gələcəyi görüş sentyabrın 5-də “ASK Arena”da baş tutacaq.

Qeyd edək ki, “Keşlə” ölkə çempionatının birinci turunda səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Neftçi” isə doğma meydanda “Səbail”i 2:1 hesabı ilə üstələyib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!