KİA və UEFA Uşaq Fondunun birgə layihəsi

Xeyriyyə tədbiri Bakıda, UEFA Avropa Liqasının KİA tərəfindən həyata keçirilən Kubok Turunda baş tutub
Futbol əfsanəsi Deco Bakıda keçiriləcək UEFA Avropa Liqasının Final oyununa az qalmış Za’atari qaçqın düşərgəsinin nümayəndələri ilə görüşüb və azyaşlılara butslar təqdim edib.
Liqanın qrup mərhələsi ərzində Kia və UEFA Uşaq Fondu Avropada bir sıra şəhərlərə gələrək futbolsevərləri artıq istifadə etmədikləri butslarını azyaşlı qaçqın və məcburi köçkünlərə bağışlamağa çağırıb. Butslar UEFA Uşaq Fondunun köməkliyi ilə ərsəyə gətirilən futbol meydançalarında oynayacaq İordaniyada yaşayan azyaşlı suriyalı qaçqınlara veriləcək.
Aksiyada yüzlərlə buts ianə verilib. 145000-dən çox azarkeş isə Cenevrə, Sevilya, Berlin, London, Milan, Moskva və Paris kimi şəhərlərdə – məktəblərdə, kütləvi futbol klublarında və şəhər mərkəzlərində UEFA Avropa Liqası kubokunu yaxından görməyə fürsət tapıb.
“Porto”, “Barselona” və “Çelsi” kimi klublarda çıxış etmiş futbol ulduzu Deko bildirib: “Peşəkar ya həvəskar, futbolu sevən və futbol oyanayan hər kəs ilk butslarını xatırlayır. Avropadakı azarkeşlər butslarını aztəminatlı futbolsevərlərə bağışlamaqla  həm onlara daha yaxşı şəraitdə oynama imkanı verir, həm də yaddaşlarında unudulmaz xatirəyə çevrilirlər. Za’atari nümayəndələri ilə görüşmək və gənc futbolsevərlərin üzləşdiyi problemlərdən agah olmaq çox təsirli idi. KIA və UEFA Uşaq Fondunun azarkeşlərin qaçqınlara yardım göstərməsinə vasitəçilik etməsi son dərəcə müsbət haldır”.
Kampaniya ərzində azarkeşlər Lothar Matteus, Andres Palop, Devid Simen, Eydur Qudyonsen, Andrey Arşavin, Yuri Corkayef və Filippo İnzaqi kimi Kubok turu səfirləri ilə görüşərək əyləncəli vaxt keçiriblər.

Avropada ümumilikdə 700-dən çox buts toplanıb. Butslar bir neçə həftə içərisində İordaniyaya göndəriləcək.
UEFA-nın Sponsorluq və Lisenziyalaşdırma şöbəsinin rəhbəri Guillaume Sabran bildirib: “UEFA Uşaq Fondu İordaniyadakı qaçqınlar və məcburi köçkünlərin istifadəsi üçün meydançanın inşasına yardım göstərsə də, buts çatışmazlığı ciddi problem idi. Avropadakı futbolsevərlərin köməyi ilə azyaşlılar il boyunca daha yaxşı şəraitdə meydana çıxa biləcəklər. UEFA adından kampaniyaya dəstək olan hər kəsə təşəkkür edir, KIA-ya isə müxtəlif həyat şəraitlərində yaşasa belə, eyni futbol sevgisini  bölüşənlərə yardım üçün belə bir platforma yaratdığına görə minnətdarlığımı bildirirəm”.
KIA Motors şirkətinin vitse-prezidenti və baş marketinq direktoru Yong-Won Cho:  “Avropada ianə verərək azyaşlı və aztəminatlı futbolsevərlərə yardım edən futbol pərəstişkarlarını dəstəkləmək bizim üçün şərəfdir”.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: