“Kibertəhlükəsizlik üzrə turnir”in qalib komandası müəyyən edilib-fotolar

30 may 2017-ci il tarixində Bakıda, Eurodesign və Cisco şirkətlərinin təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə turnir keçirilmişdir. Azərbaycanda ilk dəfə keçirilən bu turnirdə ölkənin informasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssisləri öz biliklərini nümayiş etdirmək və qiymətli mükafatlar uğrunda mübarizə aparmaq imkanı əldə etmişlər.

İki komandaya kiberhücum baş verdiyi halda şirkətlərin informasiya təhlükəsizliyi şöbələrinin fəaliyyəti ilə bağlı ssenari üzrə sualları cavablandırmaq təklif olunmuşdur. Qeyd etmək lazımdır ki, özlərini “Yaşıl qalxan” (Fərid Zeynalov, Emin Əlihüseynov, Əzim Qəmbərli, Elvin Hacıyev, Ruslan Rəsulov) və “Critical Alert” (Sinan Əliyev, Səlami Məmmədov, Səbuhi Səfərov, Orxan Yolçiyev, Ruslan Quliyev) adlandırmış hər iki komanda qoyulan tapşırığın öhdəsindən layiqincə gəlmişlər. Nəzərə alsaq ki, komandalar ümumilikdə 10 suala cavab verməli olub və qiymətləndirmə zamanı yalnız münsiflər heyətinin verdiyi səslər deyil, həm də zalın rəyi nəzərə alınıb, cəmi bir xal fərqi ilə “Yaşıl qalxan” komandası qələbə qazanmışdır.

Həmçinin, tədbir çərçivəsində Cisco mütəxəssisləri hücumun bütün mərhələlərini (hücumdan əvvəli, hücum zamanını və sonrasını) nəzərə alan informasiya təhlükəsizliyinin yeni modelini təqdim etmişlər. Son tendensiyalar sübut etmişdir ki, yalnız hücumların aşkarlanması və bloklanmasına əsaslanan ənənəvi müdafiə üsulları artıq effektiv deyil. Biznesin informasiya təhlükəsizliyi siyasətidavamlı diaqnostika və vaxtında yenilənməyə ehtiyac duyur. Yalnız bu yolla şirkətlərhər gün dəyişən kibertəhlükələrə qarşı tab gətirəvə qarşıya qoyulan məqsədlərə nail ola bilərlər.

Eurodesign şirkəti informasiya təhlükəsizliyi texnologiyalarının tətbiqi sahəsindəki təcrübəsini bölüşmüş, eləcə də Bakı 2015 Birinci Avropa Oyunları, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi irimiqyaslı tədbirlərin keçirilməsi zamanı xaker hücumlarının qarşısını almaq üçün istifadə olunan alətlərdən bəhs etmişdir.

Tədbirin qonaqları həmçininmaliyyə fırıldaqçılığı, məxfi və ya fərdi məlumatların oğurlanması, dələduzluq və informasiya sistemlərinin sıradan çıxarılması kimi kibercinayətkalığın müxtəlif təzahürlərinə qarşı praktik mübarizə halları ilə tanış olmaq imkanı əldə etmişlər.

Frame.az

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: