KİEHL`S SİNCE 1851 – Bakıda məşhur brendin mağazası açılıb

İyunun 29-da “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “İdeal” parfümeriya mağazasında, “Kiehl`s” – dəriyə, bədənə və saçlara qulluq üzrə Nyu-Yorkun məşhur aptek brendinin“shop in shop” formatında kornerinin açılışı olmuşdur.

Açılış mərasimi azərbaycanlı məşhurların, it-girls, bloqqerlərin və KİV nümayəndələrinin iştirakı ilə səs-küylü və şən atmosferdə keçib. Bayker ilə fotozona, ənənəvi amerika qonaqlığı və DJ musiqisi tədbirdə əsl bayram abu-havası yaradıb. Açılışda ilk 50 alıcı isə brendin bestselleri olan əfsanəvi Ultra Facial nəmləndirici kremini hədiyyə olaraq əldə edib.

Amerika brendi olan “Kiehl`s” müxtəlif növlərdə kosmetika məhsulları təklif edir. Brend gözəllik sənayesində trendlərə riayət etmir və əsas olaraq tibb və farmakologiyadan ilhamlanır. Mağazada dəri və saçlara qulluq etmək üçün müxtəlif vasitələr təqdim olunur. Xanımlar üçün bu çeşidə dərinin təmizlənməsi, maska və skrablar, şampun və kremlər, balzam, gel və digər vasitələr daxildir. Kişilər üçün skrablar və toniklər, dəri üçün əsas qulluq, bədən üçün qulluq, dodaq və göz üçün vasitələr daxildir.

Qeyd edək ki, “İdeal” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə  yalnız orjinal məhsullar təqdim edir.

Kiehl’s since 1851 Nyu-Yorkun İst-Villic rayonunda klassik aptek kimi təsis olunmuşdur. Brendin unikal zəngin tarixi özündə kosmetika, farmakalogiya, ot və tibb sahələrində biliklərin qarışığın təqdim edir, hansı ki, nəsildən-nəsilə dərinləşirdi və ötürülürdü. Hazırda “Kiehl`s” məhsulları dünyanın 39 ölkəsində, 130 mağaza və 760 satış nöqtəsində satılır.

“İdeal” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib. Bakıda13 filialı fəaliyyət göstərir ki, bunlardan 2 ən böyüyü “Gənclikmall” və “Nefmall”da yerləşir.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: