GözəllikParfümeriya

Kilian-dan yeni Black Phantom Memento Mori- “Ölümü Unutma”

2007-ci ildən başlayaraq  Kilian Hennessy 35-dən çox parfum təsis etmişdir. Bu ətirlərin hər biri təsisçinin öz həyat hekayəsini izah edir. Bu yaz ətriyyatçı sirli pirat kalyonundan ilhamlanaraq yeni ətrini təqdim edib.

Black Phantom Memento Mori -“Ölümü Unutma” adlı bu ətir tərkibindəki İrland qəhvəsi ətrinin notları və pirat-quldurların ən sevimli içkisi sayılan Rom içkisinin akkordları ilə adamı valeh edir.

Uilyam Şekspirin məşhur kəlamı “Ye, iç və əylən, çünki hamımız öləcik” nə qədər ağır səslənsə də insanları pozitiv əhval-ruhiyyədə köklənməyə, hər günün, hər anın dadını çıxartmaya səsləyir.

Məhz bu kəlamdan ilhamlanaraq ətriyyatçılar Kilian Hennessy və Sidoni Lansesser Black Phantom Memento Mori -“Ölümü Unutma” ətrini yaradıblar və bütün insanlara günlərini məhz bu parfumla başlamağı tövsiyyə edirlər.

Ətirin ilk notlarını Rom içkisi ilə vəhdətdə olan İrland qəhvəsi, tərkibini qalın krem rəngli çalarları ilə sianid zəhərini xatırladan səndəl ağacı, şəkər çuğunduru, aroma əvəzi badam və torpaq iyini xatırladan vetiver bitkisi tamamlayır.

Black Phantom Memento Mori -“Ölümü Unutma” ətri qara rəngli kəllə və tabuta bənzər flakonda qablaşdırılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!