Maraqlı

Kişilərin fikrincə, depressiya zəiflik əlamətidir

Depressiya və stress, müasir həyatın təbii bir parçası olaraq həyatımıza hökm edir. Ancaq bir çox kişinin depressiyada olduğunu anlamaq demək olar ki, mümkün deyil.

Alimlərin fikrincə, depressiya qadınlarda daha tez görünsə də kişilərdə daha tez rast gəlinir. Lakin onlar bunu gizləməyə çalışır, daha çox özlərinə qapalı olurlar.

Özlərini güclü hiss edən kişilər bütün problemləri həll etmə bacarığında olduqlarını düşünürlər. Bu zaman isə, depressiyada olduqlarının fərqinə varmırlar. Kişilərin fikrincə, depressiya zəiflik əlamətidir. Ona görə də, özlərinə yaraşdırmırlar.

Həmin ərəfədə kişilər ya işlərinə adaptasiya olur, ya da içkini seçirlər. Riskli idman etmək, avtomobildən təhlükəli istifadə, evlilikdən kənar əlaqəyə girmək kimi davranışlara yol verirlər.

Cəmiyyətdə yayılan “kişilər ağlamaz” fikri kişilərin depressiyadan çıxmasına maneə olur. Kişilərin çoxu bu hissləri haqqında yoldaşları və ya ailələriylə danışmaqdan çəkinir. Belə olduqda isə, depressiyadan çıxmaq qadınlara görə daha uzun davam edir.

Kişilərə məsləhtdir ki, həmin ərəfədə vacib qərarlar almayın. Mümkünsə depressiyadan çıxmamış həyatı ilə bağlı ciddi qəralar qəbul etməyin. Çünki depressiyada olan bir kişinin pozitiv olası çətindir. Bu zaman isə, yalnış qərarlar qəbul edə bilərsiniz.

Araşdırmalar göstərir ki, kişilərin depressiyadan öz özünüzə çıxmağı çətindir.
kişi.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!