Kişinyovda “Adami.Şərqi Avropada mədəniyyət müxtəlifliyi”-nin qala gecəsi keçirilib

Moldaviyadan olan iki rejissor mükafat fondu 2000 avro olan 6 mükafatdan ikisinin qalibi olublar.

Valeriu Andryuta Tv bölməsində “Əziz dostlar” layihəsi ilə,Evgeniya Popoviçi isə “Böyük Soroka teatrı” sənədli filmi ilə informasiya və televiziya bölməsinin qalibi seçilmişlər.Digər 2 qalib Kişinyova Gürcüstandan təşrif buyurublar.Salomeya Caşi, Tv-xəbərlər bölməsində “Qüllə” filmi ilə,Anastasiya Slovinskaya isə “Qoranın həyat fəlsəfəsi” filmi ilə onlayn video bölməsinin qalibi seçilmişlər.Belorusiya və Ukrayna da evə əliboş dönməyiblər.Nikolay Xomanyuk ən yaxşı sayt,Nelli Vasilevska isə “Yazışma” qısa filmi ilə gənc Adami bölməsinin qalibləri kimi müəyyənləşiblər.

Avropa Birliyinin Şərq əməkdaşlığı çərçivəsində Adami mükafatı bu əməkdaşlığı olan ölkələr arasında,kino,televiziya sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır.Nəzərinizə çatdırırıq ki,Adami Media Prize,Almaniyanın federal XİN və ProCredit Holding(Frankfurt) tərəfindən maliyyələşdirilir.
300-ə yaxın müxtəlif işlərin arasından bu il cəmi 16 film seçilmiş və Kişinyovda qala gecəsində yarışmaya start verilmiş və qaliblər müəyyənləşdirilmişdir.

OBCE-nin üzvü Harlem Dezir qalibləri mükafatlandırarkən,bu il yarışmada iştirak edən filmlərin mövzusunun çox müxtəlif olmasından söhbət açmış və bu səbəbdən məmnunluğunu gizlətməmişdir.Evro Nest Parlament assambleyasının katibi Rebekka Harms,Kişinyovda yerləşən möhtəşəm orqan zalında öz nitqində “bizi müxtəliflik birləşdirib” cümləsindən istifadə edərək,Adaminin mədəniyyət müxtəlifliyi mövzusunda əvəzolunmaz rolundan danışmışdır.

Mükafatlandırmadan əlavə 3 jurnalist,Mariam Şelya(Ukrayna),Anna Qluşko(Moldaviya),Olesya Yaremçuk(Ukrayna) media təhsillərini Almaniyada,daha dəqiq Bonnda yerləşən Deutsche Welle və Leypsiqdə yerləşən “Okno na Vostok” kanallarında davam etdirəcəklər.

Təntənəli gecədə Moldova Tv-dən Oktav Tarlapan,İctimai Ukrayna Rv-dən Kseniya Stujuk və gürcü aparıcı Lika Yevgenidze iştirak etmişlər.Moldovanın Edit Piafı kimi tanınan Lidiya İsakın səsi gələn qonaqlara xoş anlar yaşatmışdır.
Moldaviya Parlamentində baş tutan ADAMİ TALKS bir çox tələbələrin marağına səbəb olmuşdur.Kişinyova təşrif buyuran Miodraq Soriç,Zurab Kodalaşvili,İna Rak düzgün olmayan xəbərlərin yayılmasının qarşısını necə almaq barəsində söhbətlər etmişlər.

Sonradan Moldova 1 kanalının “Buna Seara” tok şousunun qonağı olan Adami laureatları və Adami proqrammının direktoru Ştefan Toldz dünya kinosu problemləri və həlli yolları barədə maraqlı diskussiya təşkil etmişlər.
ADAMİ MEDİA PRİZE hər iki ildən bir müxtəlif bölümlər üzrə seçilmiş film,xəbər,veb saytların arasından ən yaxşılarını seçir.Bu dəfə ən yaxşıları seçmək Torbyorn Yaqland,Andriana Kandu,Qarlem Dezir kimi dünya arenasında sözünü demiş mütəxəssislərin payına düşmüşdür.

Adaminin bundan sonrakı mükafatlandırma gecəsi 2020-ci iıdə Gürcüstanın paytaxtı olan Tbilisi şəhərində baş tutacaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: