Klassik avtomobillərin paradı və sərgisi keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası Dövlət Bayrağı Günü münasibəti ilə klassik avtomobillərin paradı və sərgisini keçirəcək.

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə klassik avtomobillərin paradını təşkil edəcək.

Bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də info@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobillər 9 noyabr saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirəcək.

Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.

Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi 9 noyabr tarixində saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir. Sərgiyə giriş sərbəstdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: