Klassik avtomobillərin yürüş və sərgisi təşkil olunacaq

Azərbaycan Avtomobil Federasiyası avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Bununla əlaqədar olaraq Federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək qeydiyyatdan keçə bilər. Yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslərdən Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək yürüş Bakı şəhərinin mərkəzi küçələri ilə davam edəcək. Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: