EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm klassik musiqisi konserti keçirildi

Dekabrın 20-də Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu tələbələrinin  ifasında möhtəşəm klassik musiqisi konserti  keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu 2015-ci ildə yaranmışdır.
Fəaliyyət göstərdiyi az müddət ərzində Bakı Musiqi Akademiyasının “Sabah” qrupunun tələbələri İspaniya, Rusiya, Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan, Polşa və Almaniyada keçirilən bir çox Beynəlxalq müsabiqələrdə iştirak edərək həmin  müsabiqələrin laureatları adlarına layiq görülmüşlər.
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupunun tələbələri  Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdilər.
Konsertdə Dmitri Şostakoviç, Frederik Şopen, Robert Şuman, Serqey Raxmaninov, Ferens List, Arif Məlikov, Vaqif Mustafazadə və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının  əsərləri səsləndi.
Konsert musiqisevərlər tərəfindən maraq və gur alqişlarla qarşılandı.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Dekabrın 22-də Beynəlxalq Muğam  Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il bayramına həsr olunmuş konsert keçiriləcək. Konsertdə Azərbaycan və xarici bəstəkarlarının əsərləri səslənəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!