CinemaTəqdimatƏyləncə

“Klaustrofoblar” premyeradan 2 gün öncə “CinemaPlus”da

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” kinoteatrında premyeradan 2 gün öncə “Klaustrofoblar”psixoloji trillerin nümayişi baş tutub.

Kinoteatr növbəti dəfə öz dekorasiyası ilə qonaqları təəccübləndirib. Filmdə istifadə olunan kvest formatında qapalı məkanı imitasiya edən, içində halqalar şəffaf qutu formasında qeyr-adi dekorasiya quraşdırılmışdır. Qonaqlar və tamaşaçılar böyük məmnunniyyətlə xatirə şəkilləri və selfi çəkdirirdilər.

Nümayişə müxbirlərdən əlavə, həmçinin məşhur ifaçılar, şoumenlər və bloggerlər dəvət olunmuşdur.

Filmin rejissoru Adam Robitel “Klaustrofoblar”larda əsas rollardan birini oynayıb.

Rollarda: Debora Enn Uoll, Taylor Labin, Teylor Rassel, Loqan Miller, Nik Dodani, Adam Robitel, Cessika Satton, Cey Ellis, Ceymi-Li Mani və Vere Tindale.

Süjetin mərkəzində – bir-birilərini tanımıyan altı nəfər gəncin əhvalatıdır, hansılara ki, bir milyon dollar mükafatı olan kvestdə iştirak təklif olunub. İştirakçılar otaqdan çıxmalıdırlar, lakin tezliklə anlayırlar ki, yüksək texnoloji tələlər ilə dolu olan labirintə düşüblər. Qəhrəmanlar öz fərasətlərini və dözümlüklərini göstərməlidirlər, çünki mərcdə həyatlarıdır. Nəticədə sağ qalmaq uğrunda tamamilə təsəvvür olunmaz döyüş başlayır.

Tədbirin təşkilində dəstək göstərmişdilər: Claustrophobia Baku kvesti və Red Bull.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən sonpremyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

http://https://www.youtube.com/watch?v=aeVf20naw3M&feature=youtu.be&fbclid=IwAR23J6ZiloPbRetcj12_8K-9cG-l0k86dTWg5_m_l9VR40xfyBdJ-9VuXR0

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!