Baku Shopping Festival

“Knock İnteriors” da Bakı Şopinq Festivalında

Neftçilər prospektində Port Baku Mall ticarət mərkəzində yerləşən “Knock İnteriors” mayın 10-nadək endirimlər təklif edəcək! Bakılılar və şəhərimizin qonaqları “Knock İnteriors” mağazasında daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər.
Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazada alınan seçilmiş mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.
Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!