KOBİA “Bakutel 2018”də sahibkarlara dəstək sistemini təqdim edib

Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2018”) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə “Sahibkarlara Dəstək Sistemi”ni təqdim edib.

Orxan Məmmədov dövlət başçısına Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirilən bir sıra tədbirlər haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, bir sıra rayonlarda KOB dostları artıq fəaliyyətə başlayıb, startap, mikro və kiçik bizneslərin inkişafı üçün Vergilər Məcəlləsinə dəyişiklər ilə bağlı təklif hazırlanıb, hansı ki, bu günlərdə Milli Məclisdə qəbul olunub. Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi, “Azercell” və “Bakcell” şirkətləri ilə “KOB Dəstək” proqramına start verilib və bu proqram çərçivəsində startap, mikro və kiçik müəssisələrin “Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərilib, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkədə sahibkarların maraqlarının qorunması və onların müraciətlərinə operativ baxılması məqsədlə “Sahibkarlara Dəstək Sistemi” yaradılıb.

KOBİA-nın rəhbəri onu da qeyd edib ki, “Sahibkarlara Dəstək Sistemi” çərçivəsində hazırlanmış elektron portal onlayn rejimdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və onların çevik həlli funksiyasını yerinə yetirəcək. Bu yenilik sahibkarın öz müraciətinə baxılma prosesini izlməsinə, vaxt itkisinin qarşısının alınmasına və müraciətlərə daha operativ və şəffaf rejimdə baxılmasını təmin edəcək.

“Dövlət informasiya sistemlərinə inteqrasiya edilmiş portala giriş elektron imza vasitəsilə həyata keçiriləcək ki, sistem sahibkarı avtomatik olaraq tanıyacaq. Sahibkar müraciəti formalaşdırır, təsdiqedici sənədləri əlavə edir və müraciətiniAgentliyəgöndərir. Portal imkan verir ki, sahibkar avtomatik verilmiş kod ilə müraciətin statusunu izləsin. Agentlik bu müraciəti portal vasitəsilə aidiyyətiquruma sorğu edir və ya sahibkar, Agentlik və şikayət olunan qurum arasında görüş təyin edir. Yekunda sahibkar yenə də sözügedən portal vasitəsilə nəticə haqqında məlumat alır”, – deyə Orxan Məmmədov əlavə edib.

KOBİA-nın rəsmisi portalın sahibkarlara verəcəyi üstünlüklərə toxunub və bildirib ki, “Bütün bunlar sahibkarlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına şərait yaradacaq. Agentlik isə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək. Portalın digər dövlət orqanlarına ineqrasiya edilməsi növbəti hədəflərimiz sırasındadır”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: