Kofe yoxsa yaşıl çay?

Qara kofe yaşıl çaya qarşı. Hansı sizin üçün daha xeyirlidir? Frame.az saytının apardığı araşdırmanın nəticəsi:

Kofe – Aparılan araşdırmalar kofe içən insanların 24 %- nin qaçış zamanı daha dayanıqlı olduğu ortaya çıxarmışdır. Bildiyiniz kimi kofenin tərkibində çoxlu miqdarda kofein var. Buna görə də məşqdən yarım saat əvvəl 1 fincan kofe içmək sizə daha da çox enerji verəcək.

Xeyirləri:
Ağrıkəsici effektə malikdir
Qara ciyərə faydalıdır
Dəri yandığı zaman faydalıdır
Bədəninizdə olan libidonun səviyyəsini qaldırır

Lakin kofe bədəndə olan kalsiya və dəmirin mənimsənilməsini yavaşladır. Ona görə hər hansı bir vitamin və ya dərman qəbul etdikdə bunu kofe içməzdən 1 saat əvvəl edin.

kak-perezagruzit-mozg-s-pomoshhyu-kofe

Yaşıl çay – 1 fincan yaşıl çay içdiyiniz zaman 5 qram piyiniz əriyir. Yaşıl çayda kofein azdı və tərkibində L- teanin vitamini var. Bu vitamin sakitləşdirici təsirə malikdir. Axşam vaxtı içmək sizi rahatlaşdıracaq. Lakin həddindən artıq içməyin, çünki yuxunuz qaça bilər.

Xeyirləri:
Ürəyə xeyirlidir
Diabet riskini azaldır
İmmuniteti qaldırır
Xərçəng riskini azaldır

Yaşıl çay karbohidratlarla dost deyil. Siz bütöv bir baqet ( çörək) yediyiniz zaman düşünməyin ki, yaşıl çay onu sizin bədəninizdən çıxaracaq.

Gəldiyimiz nəticə budur ki, kofe idmandan əvvəl və iş zamanı daha yaxşı kömək edir. Lakin sağlamlığınız üçün yaşıl çay daha xeyirlidir. Bunun üçün daha çox yaşıl çay içməyə üstünlük verin. Hər zaman sağlam olun!
14453252675625e9d382bab

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: