FashionMaraqlı

Koko Şanel

Dərziliyi öyrənmiş Koko Şanel 1909 cu ildə şlyapa atelyesi açır. Burada o, yəngin qadınlar üçün zərif baş örtükləri, papaq və şlyapalar hazırlayıb satır. Onun böyük yaradıcılıqla hazırladığı şlyapaların sorağı Pais cəmiyyətinə də çatmış olur.

Beləliklə mademouzel Şanel 1910 cu ildə Parisdə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, Ritç otelinin arxasında fr. “Chanel Modes” atelyesini açır.

Madmazel Şanel ilk dəfə 1916-cı ildə özünün bütün dəbli kolleksiyasını nümayiş etdirdi. Bundan sonra onun kolleksiyaları, əsası 1892-ci ildən ABŞ-da nəşr olunan Vogue qlamur, moda haqqında aylıq qadınlar üçün jurnalının əsas mövzusuna çevrilmiş olur.

1918 ci ildə fr. Rue Cambon 31 ünvanında, fr. “Chanel Modes” butik mağazası açılır. Bu günə qədər həmin qərargah moda “bayraqdarı” və “məbədi” kimi nüfuzunu qorumaqdadır.

1925 ci ildə Koko Şanel pərəstişkarlarına ilk dəfə yaxasız və yun parçadan kardiqan kostyumlar təqdim edir.

1926 cı ildən isə “Şanel Evi” öz alıcılarına klassik stildə “kiçik qara” (fr. petite robe noire) adlandırılan dizə qədər paltarlar təklif edir. Onun bu moda kolleksiyasının təvazükar, bir qədər də kədərli qara rəngdə, olmasına baxmayaraq qadın üçün XX əsrin ən əhəmiyyətli paltar növü kimi qəbul olunmuşdur.

“Kiçik qara” modeli fonunda mademauzel Şanel bəzək kolleksiyası ilə də məşqul olur. “Kiçik qara” fonunda uzun mirvari boyunbağları məhz onun dizaynı sayılır.

1926 cı ildə Koko Şanel Teatr rejisoru Jan Koktonun sifarişləri ilə səhnə kostyumları və geyimləri hazırlayır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!