IqtisadiyyatTəqdimat

Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

30 oktyabr 2018-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Marta Ines Galindo ilə Fondda görüş keçirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açan G.Əfəndiyeva türkdilli xalqların tarixi bağlılığından, ortaq adət-ənənə və mədəni dəyərlərindən bəhs edib.Görüş zamanı 2017-ci ildə Fondun təşkilatçılığı ilə Latın Amerikası ölkələrindəkeçirilən sərgi və konfranslarıxatırladan G.Əfəndiyeva, tədbir iştirakçılarının türk dünyası irsinə xüsusi maraq göstərdiyini müşahidə etdiyindən danışıb. Kolumbiyanın və Latın Amerikası ölkələrinindünyaya görkəmliyazıçılar, bəstəkarlar, incəsənət xadimləri bəxş etdiyini söyləyən Fondun prezidenti, türk dünyası və Latın Amerikası xalqlarının nümayəndələrini bir-birlərininmədəniyyətlərilə tanış etməyin əhəmiyyətini vurğulayıb.

Xanım M.İ.Galindo görüş zamanı türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və həyata keçirdiyilayihələrin əhəmiyyətiniqiymətləndirib.M.İ.Galindo Kolumbiyada türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd edib.Bu xüsusda müvəqqəti işlər vəkili Kolumbiya Respublikası ilə Azərbaycan və digər üzv dövlətlərlə mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.

Görüşdə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyi arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılaraq, ikitərəfli işbirliyinin daha da inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə əminlik ifadə edilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!