SağlamlıqSosialTəqdimat

“Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

“Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

31 may-2 iyun 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də “Uptodate in Medicine MMC” şirkətinin dəstəyi ilə ZOOM platforması üzərindən “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

3 gün ərzində davam edəcək konfransda yerli və beynəlxalq mütəxəssislər tərəfindən ümumilikdə 26 məruzə dinləniləcək, təcrübə mübadiləsinin təmin olunması üçün panel müzakirələr təşkil ediləcək. Kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, qastroenteroloji və ümumi pediatrik panellərdən ibarət olacaq konfransda müvafiq sahələrin mütəxəssisləri iştirak edə bilər. Konfransda proqramın 80 faizini tamamlayan hərkəsə onlayn sertifikat veriləcək.

Konfrans akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinin elektron bazasından qeydiyyatdan keçirilmişdir.

Konfransda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR ❗

Proqramla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: ⤵️
https://customshospital.az/pediatrik-xestelikler-multidisplinar-yanashma/

Qeydiyyatdan keçmək üçün link: ⤵️ https://forms.gle/TBPHJLjccgWUgw1s9

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!