EventsFaydamız OlsunFrame LifeTəqdimat

Azərbaycanda ilk dəfə olaraq Analar Konfransı keçiriləcək

Gələn şənbə yəni 6 oktyabr 2018-ci il tarixində Bakıda analar üçün möhtəşəm tədbir baş tutacaq.

Azərbaycanlı Analar Birliyi MOMs Azerbaijan tərəfindən təşkil olunan Moms’ Conference 2018 ölkənin ilk Analar Konfransıdır.

Bu konfrans həm ruhən, həm əqli, həm də fiziki cəhətdən sağlam övlad böyütmək istəyən valideynlərin görüşü olacaq.

Konfransda Almaniyanın Charité və Rheine Klinikumunda çalışan həmyerlimiz Pediatr Dr. Səbahət Bayramova uşaqlarda inkişaf mərhələləri, agressiv uşaq – doğru sandığımız yanlışlar haqqında danışacaq və iştirakçıları narahat edən suallara aydınlıq gətirəcək

Azərbaycanın ilk və ən böyük hamiləlik və analıq haqqında blogunun sahibi Aytac Qənbərli və vətənimizdən xaricdə yaşayan ilk ana-bala YouTube kanalı və İnstagram blogunun yaradıcısı Fidan Ələkbərli modern və ənənəvi valideynlikdən danışacaqlar

Qafqazın ilk Uşaq Yuxu Konsultasiya mərkəzi ”Laylay Baby Sleep Solutions” yaradıcısı, pedaqoq Aysel Hüseynova uşaqların yuxu rejimində edilən səhvlər, həlli yolları və metodlardan danışacaq.

Konfransın detalları ilə aşağıda tanış ola bilərsiniz.

Tarix: 6 Oktyabr 2018-ci il

Saat: 10:00 – 13:00

Ünvan: Park İnn Hotel Baku

İştirak ödənişlidir.

Daha ətraflı məlumat üçün birliyin elektron ünvanına-  moms.azerbaijan@gmail.com, yaxud Instagramda @moms_azerbaijan səhifəsinə yaza bilərsiniz.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!