EventsTəhsilTəqdimat

III Beynəlxalq Təlim Konfransına qeydiyyata start verildi!

Hörmətli müəllimlər və təhsil işçiləri!

Nəhayət ki, çoxdan gözlədiyiniz III Beynəlxalq Təlim Konfransına qeydiyyatı açıq elan edirik.AMİM-in 2016-cı ildən bəri artıq ənənə halını alaraq hər il baş tutan beynəlxalq konfransı bu il “Öyrənmənin Qiymətləndirilməsi” adı altında ilə 16-17 noyabr, 2018-ci il tarixlərində Avropa Azərbaycan Məktəbində keçiriləcəkdir. 18 noyabr tarixində isə əsas məruzəçilərlə Konfrans sonrası “master-klas”lar keçiriləcəkdir.

*Qeyd edək ki, Konfransda Azərbaycan və Rus dillərinə sinxron tərcümə təmin olunacaqdır.

Ödəniş: Yalnız Konfrans üçün – 100 manat
Konfrans + konfrans sonrası seminarlar -130 manat
Yalnız Konfrans sonrası seminarlar üçün -90 manat

Konfransda iştirak üçün onlayn ödəmə və qeydiyyatı aşağıdakı keçid vasitəsilə həyata keçirə bilərsiniz.
http://www.azteachers.az/az/node/232

Konfransın keçiriləcəyi məkan: Bakı şəhəri, Səbayıl rayonu, Badamdar şossesi, A. Abbaszadə küç, AZ1128. (Botanika bağının yanı).

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!