Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi keçiriləcək

21-25 iyun 2018-ci il tarixində  Pulman Baku mehmanxanasında Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi keçiriləcək.

Mövzu: “Mühasib biznesdə: peşənin transformasiyası,beynəlxalq təcrübə”

Bu tədbir ilk dəfə olaraq Bakıda keçiriləcək.Konqresin təşəbbüskarı kimi 11 il ərzində bu konqresi müxtəlif ölkələrdə təşkil edən “Ukrayna mühasibat klubu” ictimai birliyi  çıxış edir. Azərbaycanda rəsmi təşkilatçı APFM –Azərbaycanın Professinal Maliyyə Menecerləri Assosiasiyasıdır.

Konqres məruzələr və dəyirmi stol arxası müzakirələr formatında keçiriləcək. Tədbirdə Ukraynanın və Azərbaycanın mühasibləri, maliyyə direktorları, maliyyə, mühasibat və audit sahəsində çalışan mütəxəssislər iştirak edəcək, təcrübə mübadiləsi aparacaq, sürətli iqtisadi dəyişikliklər kontekstində mühasibin rolunu və peşəkar inkişafının nüanslarını müzakirə etmək imkanları əldə edəcəklər.

Ətraflı məlumatı konqresin rəsmi saytından əldə edə bilərsiz: https://www.ube-ua.com/12congress

Azərbaycanda koordinator: APFM : +994125642237/57, +994502050699 (Pərvana Həsənova)

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: