IqtisadiyyatSəyahətTurizmTəqdimat

Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib

Aprelin 12-də “Four Seasons Baku” mehmanxanasında Azərbaycan Konqreslər Bürosu-AzKB ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirildi.

Müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbir zamanı Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edildi. Qeyd edildi ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE – Toplantı, Təşviqat, Konfrans və Sərgi tədbirləri zamanı xüsusi üstünlüyə malik olurlar.

Tədbir zamanı həmçinin, planlaşdırılan sərgilər, may ayına nəzərdə tutulan, AzKB tərəfindən 10 şəhərdən cəlb ediləcək əsas MICE şirkətlərinin tanışlıq səfərinin təşkil olunması, bu il mayın 1-dən 31-dək təşkil ediləcək Bakı Şopinq Festivalı haqda geniş məlumat verildi və bu tədbirlər zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edildi. Tədbirdə Azərbaycan Konqreslər Bürosu üzvlərinin hansı üstünlüklərə malik olması, DMC tədbirlərində iştirak meyarları, eləcə də AzKB-nin bu il üçün əsas satış və marketinq yanaşmaları barədə geniş məlumat verildi.

AzKB-nin Turizm şöbəsinin nümayəndəsi 1-31 may tarixlərinə planlaşdırılan Bakı Şopinq Festivalı barəsində məlumat verərək qeyd etdi ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə hazırlanmış səfər paketləri çox sərfəlidir. Təklif edildi ki, DMC şirkətləri bu turist paketlərindən faydalanaraq öz müştərilərinə satışları təşkil etsinlər.

Təqdim edilən məlumatları böyük maraqla izləyən tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallara görüşün sonunda cavab verildi. Tədbir iştirakçıları “Azerbaijan meeting planers guide” kitabçasının təqdimatına da baxdılar. Kitabça ilə büronun saytındakı http://azcb.com/azerbaijan-meeting-planner-s-guide keçidi vasitəsi ilə tanış ola bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!