EventsMuğamMusiqiMədəniyyət

AzTV-nin Milli Kamera Ansamblının konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının əməkdaşlığı çərçivəsində “Muğamat var olan yerdə” , “Muğam və mənəviyyat”, musiqi xadimlərinin yubiley, yaradıcılıq və xatirə geceləri daimi keçirilir.
Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti keçirilib.
Konsertdə ilk olaraq ansamblın  ifasında Səid Rüstəmovun “Rəqs” kompozisiyası səslənib.
Konsertdə ifaçıları  dirijor Arzu Səlimovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblı müşayiət edirdi.
Gecədə respublikamızın tanınmış ifaçıları  Xalq artisti Gülyaz Məmmədova, ifaçılar Səid Rüstəmov, Nicat Cəfərzadə, Rahidə Baxış,Aqil Rzayev, Türkay Məlikova, Könül Məmmədli, Babək Şuşalı,Məmmədəli İbrahimov, Aynur İsgəndərli, Nisbət Sədrəyeva, Xəlil Xəlilov, Mehri Əsədullayeva,  Taleh Yəhyayev  T.Quliyevin,  S. Rüstəmovun, E. İbrahimovanın, E.Sabitoğlunun, F.Əmirovun, R.Mirişlinin, C.Cahangirovun  əsərlərini və xalq mahnılarını  səsləndiriblər.
Tədbirin sonunda Filalogiya Elmləri doktoru, Bakı Musiqi Akademiyasının kafedra müdiri,professor Tərlan Quliyev çıxış edərək   Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Qeyd etdiki prezidentimizin musiqiyə diqqət və qayğısı nəticəsində mədəni irsimiz dünyada tanınır və təbliğ olunur.Bu qayğının nəticəsidir ki,  kamança  ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Konsert musiqisevərlər tərəfində maraqla və alqşıla qarşılandı.
Qeyd edək ki, mayın 24-də Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli- Məcnun” dastanı təqdim olunacaq.
Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!