Bakıda “Sjaella” alman vokal ansamblının konserti keçiriləcəkdir

Leypsiqdən olan beş müğənnidən ibarət “Sjaella” qrupu yarandığı 2005-ci ildən etibarən musiqi dəst-xətlərində yeni yollar axtarışındadır. “Sjæl” və “Själ” danimarka və isveç dillərindən götürülüb, mənası “könül”, “ruh” deməkdir.

2013 – cü ildə «Preisung» CD-nə görə onlar nüfuzlu «Preis der Deutschen Schallplattenkritik» mükafatına layiq görülmüşdürlər. “Sjaella” qrupu Almaniyada və xarici ölkələrdə aktiv qastrol səfərlərində olur, MDR Musiksommer, Meraner Musikwochen, Amman Jazz Festivalı kimi musiqi festivallarında iştirak edirlər. Kollektiv dəfələrlə Tampereen Sävel Finnland,  Jugend kulturell, vokal.total Graz kimi beynəlxalq vokal musiqi müsabiqələrində yüksək yerlər tutmuşdur.

“Sjaella” qrupu aktiv humanitar fəaliyyətə cəlb olunmuşdur: 2016-cı ildən qızlar SOS təşkilatının səfiri təyin edildilər. 2017-ci ildə onlar Fələstin və İzrail torpaqlarına baş çəkərək konsertlər verdilər və seminarlar keçirdilər.
İki ay sonra isə Əmmandakı Goethe-İnstitutunun dəstəyi ilə (İordaniya) öz proqramını təkrar etdilər. Azərbaycanda Goethe-Zentrum Bakının dəstəyi ilə “Sjaella” qrupu 5 iyun, saat 19:30-da Kamera və Orqan Musiqisi zalında (Alman kilsəsi) pulsuz konsert verəcəkdir.

Giriş sərbəstdir.

Frame.az

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: