Beynəlxalq Muğam Mərkəzində “Könül nəğmələri” adlı konsert keçirilib

Martın 4 də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Könül nəğmələri” adlı konsert keçirilib.
Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşan konsert  8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub .
Abbasağa Əlizadənin aparıcılığı ilə keçən gecədə tələbələr Aytac Fərəcova, Elşən Cəfərzadə, Xasay Şıxıyev,Nərmin Məmmədli, Tərxan İbrahimov,Siunan Can Akar, Zəhra Babanlı, Valeriya Hüseynzadə, Məlik Məmmədov,Cavad Sultanov Zeynal Cabbarzadnin, Oqtay Kazıminin, Emin Sabitoğlunun, Tofiq Quliyevin,Elza İbrahimovanın,  Rauf Hacıyevin, Polad Bülbüloğlunun,müxtəlif janrlarda yazılmış əsərlərini səsləndiriblər.
Konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayevadır.
Nümayiş olunan slaydlar Şıxəli Bağırzadə tərəfindən hazırlanıb.
Tədbir musiqisevərlər tərəfindən maraqla qarşılanib

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: