MusiqiMədəniyyətTəqdimat

Unudulmaz bəstəkar Oqtay Kazıminin bəstələri səslənəcək

İyunun 25-də Heydər Əliyev Sarayında unudulmaz bəstəkar Xalq artisti Oktay Kazıminin mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.

Saraydan Frame.az-a bildirilib ki, konsertdə Xalq artistləri Samir Cəfərov, Azər Zeynalov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları iştirak edəcək. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiət edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!