Beynəlxalq Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində  tarzən Məmməd Ağasıyevin 70illik  yubileyinə həsr olunmuş xatirə gecəsi keçdi.
Tədbir tarzənin  həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi ilə başlandı.
Xalq artisti Vamiq Məmmədəliyev,  millət vəkili Qənirə Paşayeva və jurnalist- publisist Sədaqət Kərimova çıxış etdilər. Onlar Məmməd Ağasıyevin ecazkar sənəti haqqında xatirələri ilə bölüşdülər.
Konsert proqramında xalq artistləri Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Feyruz Səxavət  çıxış etdilər.
Müşayiət edirdi xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı.
Tədbirin aparıcısı Azərbaycan Yazıcılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi idi.
Gecənin sonunda sənətkarın qızı Sevinc Ağası ailəsi adından  layihənin təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və belə layihələrə iformasiya dəstəyi göstərən Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalına təşəkkürünü bildirərək, atasının xatirəsinə bəstələdiyi “Xatirələr” mahnısını ifa etdi.
 Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və ətnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.

Noyabrın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən musiqi gecəsində Seyid Əzim Şirvaninin qəzəlləri səslənəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: