MusiqiTəqdimat

Xalq artisti Nisə Qasımovanın solo konserti olacaq

İyunun 7-də Heydər Əliyev Sarayında Xalq artisti Nisə Qasımovanın solo konserti olacaq.

Sarayın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, konsert proqramında Nisə Qasımova repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimə sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını səsləndirəcək. Müğənni konsertdə, həmçinin dünya xalqlarının mahnılarına da müraciət edəcək.

Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!