EventsQalereyaŞəkillərTəqdimat

Könül Rəfiyevanın “Zaman İçində” adlı sərgisi təqdim olunub

2018-ci il Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyi elan olunmuşdur. Bu yüz il ərzində Azərbaycan qadınlarının ölkənin ictimai həyatının müxtəlif sahələrində təsiri və rolu dəyişərək, daim artmışdır.
İnisiativ Kuratorlar Birliyinin (ICU) təşkilatçılığı və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin dəstəyilə Könül Rəfiyevanın “Zaman İçində” ölkəmizin yaradıcı simaları üçün hər zaman ilham mənbəyi olan Azərbaycan qadınlarının mədəni və ədəbi irsindəki yerini vurğulayır. Azərbaycan qadınlarının tarixi görünüşlərindən ilhamlanan Rüstəm Hüseynovun foto portretlərini geniş publikaya sərgiləyən bu layihə, həmçinin keçmişdə məşhur şairə Məhsəti Gəncəvi, Raziyə Gəncəvi və digər nəzr ustalarının şeirlərinin oxunduğu, Xurşudbanu Natavan, Heyran xanım, Qəmərbəyim Şeyda kimi xanım şairlərin iştirakıla keçirilən ənənəvi ədəbi axşamların, məclisi ünslərin müasir dövrümüzdə yenidən canlandırılmasıdır.
Bu layihə çərçivəsində 9 oktyabrda “Zaman İçində”-nin təqdimatında həm adı qeyd olunan şairlərin, həm də müasir müəlliflərin nəzm əsərlərinin fraqmentləri oxunub və fərqli dövrlərdə yaşayıb yaratmış Qərbin qələm ustalarının yaradıcılığına baş vurulub müqayisəli təhlil aparılıb. Şeiriyyat performansında yerli və xarici müəlliflərin əsərləri Azərbaycanın teatr ustaları Elşən Rüstəmov, Fəriza Babayeva, həmçinin İrina Şipilova, Ülviyyə Axundova kimi müasir müəlliflər tərəfindən təqdim edilib.
Kurator fotoqraf Rüstəm Hüseynov tərəfindən çəkilən milli tarixi geyimlərdəki qız portretlərini poeziya ilə birləşdirərək, izləyicini tarixi keçmişdən müasir dövrə doğru bir növ zaman içində səyahət etməyə dəvət edir. Geyim nümunələri ənənəvi qadın görünüşünün xarici elementlərini göstərsələr də, şeiriyyat aləmi qadın xarakteri və daxili dünyasının bütün çalar və dərinliyini ortaya qoyaraq, qadının xarici görünüşü ilə dünyaya olan dünyagörüşü, daxili aləmi arasında bir körpü yaradır. Rüstəm Hüseynovun fotoşəkilləri Azərbaycanın müxtəlif bölgələrində qadın geyimlərinin gözəlliyi və müxtəlifliyinə həsr olunub və nəinki peşəkar Azərbaycan dizaynerləri, həmçinin Azərbaycanın tarixilə maraqlanan insanlar üçün də əhəmiyyət kəsb edir. Onun sərgisi Azərbaycanın müxtəlif bölgələrinə məxsus ənənəvi geyimləri əks etdirən və onların çox yönlü olduğunu göstərən 20 ədəd portretdən ibarətdir. Əsərlərin ərsəyə gəlməsində N. Əliyevanın şəxsi kolleksiyasından istifadə edilmişdir. Müəllif ilk fotoportretləri 2014-cü ildə başlamış, ən sonuncuları isə bir neçə ay əvvəl çəkmişdir ki, burada 19-cu əsrə aid Qarabağ, Naxçıvan, Şəki, Bakı, Quba, Şamaxı və s. bölgələrin geyimlərini görmək olar. Bu layihə çərçivəsində ənənəvi qadın görünüşünün parlaq bir hissəsini təşkil edən və milli geyim obrazlarını rəngarəngliyilə tamamlayaraq, müasir geyim ustalarının günümüzdə tez-tez müraciət etdiyi Rəna İbrahimbəyovanın kəlağayı nümunələrini də geniş kütləyə təqdim edilir.
Layihə, həmçinin Almaniyadakı kilsələrin birinin tavanında çoxistiqamətli aysberq slaydlarıının nümayişi ilə müşaiyyət olunan Denis Vinterin ” Yazı makinası rəsmi ” 2017-ci ilə aid sərgisinin video yazısını da nümayiş etdirir. Denis Vinter öz səyahətlərindən ilhamlanaraq poemalar yazır və bunlar müxtəlif dillərə tərcümə olunaraq qatlanmış kağızlara çap edilir. Bununla da parçalanmış mətnlər yaradılır ki, onlardan da o, müxtəlif səslər üçün partutura işləyib hazırlayır. Sonra xor, Vinterin aysberqlərin sahəyə xas slayd-proyksiyaları ilə gücləndirilmiş bu “parçalanmış poemaları” ifa edir ki, xüsusi slaydlarla tamamlanan bu “qırıq” şeirləri icra edən xor, türk dünyasının mütəfəkkirlərin görüşlərini əks etdirir ki, burada tək bir söz bütün fəlsəfi bir tendensiyanın başlanğıcı ola bilər.
Axşamın ədəbi hissəsi caz və muğam ifası ilə müşayiət olunub.
Dəvət olunmuş qonaqlar Maqsud İbrahimbəyov Yaradıcılıq mərkəzinin yerləşdiyi qədimi evdə Azərbaycanın ədəbi inciləri və qadın geyimi fotoşəkillərinin rənglii cazibəsinə qapılaraq zaman içində səyahət ediblər.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!