Frame LifeSosialSəyahətƏn SonƏn Son

Koronavirus təhlükəsi ilə bağlı Tacikistandakı bütün məscidlər bağlanıb

Koronavirus təhlükəsi ilə bağlı Tacikistandakı bütün məscidlər müvəqqəti olaraq bağlanılıb.

Frame.az Azərtac-a istinadən xəbər verir ki, bu haqda Tacikistan Din İdarəsi qərar qəbul edib.

Sənəddə bildirilir ki, dəfn mərasimləri istisna olmaqla məscidlərdə keçirilən bütün tədbirlər dayandırılır.

Tacikistan Mədəniyyət Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə koronavirus təhlükəsi ilə əlaqədar qarşıdan gələn Novruz bayramı münasibəti ilə nəzərdə tutulan bütün kütləvi tədbirlər də təxirə salınır.

Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyi bildirir ki, bu günə qədər ölkədə koronavirusa tutulma halı qeydə alınmayıb, bununla belə ehtiyat tədbirlərinin görülməsi davam etdirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!