SağlamlıqSosialTəqdimat

Koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5646 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 461 min 861-ə çatıb.

Bu barədə Frame.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 6978-ə bərabərdir. Xəstələrdən 180 nəfəri reanimasiyadadır ki, onlardan da 32-si süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 27-də Azərbaycanda koronavirus infeksiyasına daha 521 yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 15 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!