Kosmosdakı həyat barədə maraqlı faktlar

Yerin orbitində Günəş hər 90 dəqiqədə çıxır və batır, ona görə 1 yer sutkası zamanı düz 16 dəfə Günəş doğumu və batımını müşahidə etmək olar. Buna görə astronovtlar kosmosda yatmağı bir az çətinlik törədir, buna baxmayaraq onlar Yer vaxtı ilə öz rejimlərini qururlar. Yeri gəlmişkən, Yerdə yuxu zamanı “xoruldayan” astronavtlar, kosmosda ağırlıq qüvvəsinin olmamasına görə çox sakit tərzdə yatırlar.

Ağırlıq qüvvəsinin yoxluğu, bədənin onurğa sütununu tam aşaraq, orta hesabla astronavtın 5-8 sm uzanmasına gətirir. Əfsuslar ki, əlavə olunmuş bu boy fərqi bel ağrılarına və ya sinir sistemində problemlərin yaşanmasına gətirib çıxara bilər.

Kosmosda bəzi məhsulları və ədviyyatları yalnız maye halında istifadə etmək mümkündür. Məsələn duz və qara istiotu adi halda istifadə etmək təhlükəlidir. Onlar ventilasiya sistemi və gözlər üçün təhlükə törədə bilər.

Kosmosda indiyədək ən çox keçirilən vaxt 438 yer gününə bərabərdir. Bu rekord Mir kosmik stansiyasında 1995-ci ildə rus kosmonavtı Valeriy Polyakova məxsus idi.

2004-cü ilin statistikasına görə, 439 astronavtdan 11 nəfəri məşq zamanı, 18 nəfəri start zamanı bədbəxt hadisə zamanı və Soyuz-11 gəmisində kosmosda 3 nəfər həlak olmuşdur. Bunlar Georgiy Dobrovolskiy, Viktor Patsayev və Vladislav Volkov idi. Onlar gəminin germetizasiyası zamanı modulun ayrılması görə 1971-ci ildə baş vermişdir.

Kosmosdan Yerə qayıdan zaman ən çətin olanı əşyaları buraxarkən yerə düşməsi idi. Kosmonavtlar kosmosda keçirilən vaxtdan sonra buna öyrəşə bilmirdilər. Ona görə çox zaman Yerdə onlar bəzi əşyaları sadəcə instiktiv buraxaraq, sındırırdılar.

astronomiya.club

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: